AZ

Keçmiş məhkum narkotikə görə saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Şirvan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Babayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
107
50
unikal.az

10Mənbələr