AZ

Qəzzada ölənlərin sayı 38 mini KEÇDİ

İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 38 min 193, yaralıların sayı isə 87 min 903-ə yüksəlib. 

Redaktor.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Məlumata görə İsrail ordusu son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 "qırğın" həyata keçirməsi nəticəsində daha 40 fələstinlinin həyatını itirib, 75 fələstinli isə yaralanıb. 

Dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin onlara çata bilmədiyi bildirilib. 

Qeyd edək ki, İsrail 7 oktyabr 2023-cü ildən bəri Fələstinə hücumlarını davam etdirir.

Türkan İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
24
redaktor.az

10Mənbələr