AZ

"Bunu Namiq Qaraçuxurludan əvvəl edən olub"

Meyxanaçı Ağamirzə Məmmədov həmkarı Namiq Qaraçuxurlu ilə bağlı sualları cavablandırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  ifaçı "Zarafat bir yana" proqramında ona "Namiq Qaraçuxurlu Aygün Kazımova ilə duet oxuyanda tənqid olundu. O vaxt meyxanaçının xanımla oxunmasına pis baxırdılar. Nə üçün indi buna pis baxmırlar" sualı ünvanlanıb.

Ağamirzə isə bu addımı atan ilk meyxanaçının Qaraçuxurlu olmadığını deyib:

"Bunu Namiqdən qabaq edən olub. Bunu ilk edən Nizami Rəmzi olub. O, qadın ifaçı ilə duet oxuyub. Əvvəl pis baxırdılar, baxmırdılar bilmirəm, mən baxmamışam. Harada yaxşı iş, məhsul var, onun tərəfdarıyam. Ölürəm meyxana üçün. Meyxana yolunda çalışmışam. Saatlarla meyxana deyirəm. Kim mənə qalib gəlmək istəyirsə, musiqi verirsə dayanıram".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
17
milli.az

10Mənbələr