AZ

CHP-nin sədr müavini: “Ermənistan bizə şərt qoya bilməz, ona ehtiyacımız yoxdur” - MÜSAHİBƏ

44 günlük savaş dövründə Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) Azərbaycana qarşı davranışı hər kəsdə heyrət doğurdu. Partiya bir çox məqamda bizə qarşı erməni mövqeyindən çıxış etdi. Azərbaycana düşmən mövqeyi ilə seçilən sabiq səfir Ünal Çevikgöz faktoru isə hələ də qalmaqdadır.

Modern.az saytı bu kimi məsələlərlə bağlı partiya sədrinin müavini İlhan Üzgeldən müsahibə alıb.

Müsahibimiz öncə bildib ki, CHP-nin yeni rəhbəri Özgür Özel 2023-cü ilin noyabrında sədr seçildikdən sonra keçirilən partiya qurultayında ilk iki səfərini Şimali Kipr Türk Cümhuriyyətinə və Azərbaycana etmək niyyətində olduğunu deyib. O, Azərbaycanla yaxşı əlaqələri inkişaf etdirmək istəyini dilə gətirib.
 

- CHP ilə əlaqədar Azərbaycan ictimaiyyətində çox da yaxşı rəy yoxdur. Bəs CHP Azərbaycan ictimaiyyətindəki mövcud rəyi dəyişdirmək üçün nə etməyi planlaşdırır?
 

- CHP Azərbaycanı dost və qardaş bir ölkə olaraq görür. Tək millət, iki dövlət anlayışına bağlıyıq. Bağlarımız tarixə söykənir. Qüvvətli Azərbaycan qüvvətli Türkiyə, qüvvətli Türkiyə qüvvətli Azərbaycan deməkdir. Hər iki ölkə bir-birindən güc almaqdadır. Azərbaycan Türkiyənin Türk dünyasına açılan qapısı, Türkiyə Azərbaycanın Qərbə açılan qapısıdır. Ölkələrimizin taleyi bir-birilə sıx bağlıdır. Azərbaycanın təhlükəsizliyi Türkiyənin, Türkiyənin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir. Azərbaycanın rifahı Türkiyənin rifahıdır. CHP-nin İdarə Heyətində də, seçicilərində də Azərbaycana dair çox isti hisslər var. Bunun başqa cür olması da mümkün deyil.
 

- Kamal Kılıçdaroğlu partiyanın lideri olduğu zaman "həyatımın ən böyük layihəsi adlandırdığı" "Tarixi İpək Yolunu canlandırma layihəsi"ndə Azərbaycana yer verməmişdi. İndi "Tarixi İpək Yolunu canlandırma layihəsi” ilə bağlı CHP-nin düşüncəsi necədir?
 

- CHP Cənubi Qafqazda Azərbaycanın daxil olmadığı heç bir layihəni dəstəkləmir. Dünyada enerji, ticari əlaqələr getdikcə daha da əhəmiyyət kəsb etməkdədir. O baxımdan Türkiyə ilə Azərbaycanın bu istiqamətdə atacağı addımlar var. Azərbaycanı kənarda qoyacaq heç bir layihə və razılığı dəstəkləmərik, hətta bu vəziyyəti dəyişmək üçün əlimizdən gələni edərik. Azərbaycandan keçməyən İpək Yolunun bizim üçün heç bir mənası və qiyməti yoxdur. Məqsədimiz Şərq-Qərb əsaslı ticarət və enerji keçid xətlərinin mümkün qədər dost və qardaş Azərbaycan üzərindən keçməsidir. Bu mənada Zəngəzur dəhlizinin açılmasını da müdafiə edirik və həmin  məsələdə əlimizdən gələni etməyə hazırıq. Bu dəhlizin açılması Türkiyəni Azərbaycan və Türk dünyası ilə qovuşdurub, əlaqələrini gücləndirəcək.
 

- Türkiyə-Ermənistan sərhədlərini açılması yubanır. Buna səbəb təbii ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamamasıdır. Məsələyə partiyanızın mövqeyi maraqlıdır...
 

- Biz Cənubi Qafqazda sülh və sabitliyi müdafiə edirik. Bölgəyə sabitlik gətirib Türkiyə əleyhinə siyasətə son verəcəyi təqdirdə Ermənistanla münasibətlərin normallaşmasını dəstəkləyirik. Amma yeridəcəyimiz siyasətin Azərbaycana zərər verməməsi məsələsində çox həssas davranırıq. Türkiyə regionun ən güclü ölkəsidir. Ermənistan kimi bir ölkənin Türkiyəyə şərt qoyması, Azərbaycan və Türkiyə əleyhinə siyasət aparmağı qəbul edilə bilməz. Türkiyə ilə quru sərhədlərinin açılmasına Ermənistan ehtiyac duyur. Türkiyənin buna ehtiyacı yoxdur.
 

- CHP-nin Türk dünyası ilə bağlı hansı layihələri var?
 

- CHP Türk dünyası ilə əlaqələrini gücləndirmək istəyir. Türk dünyası və region ilə əlaqələr məsələsi səmimi demək lazımdır ki, indiyə kimi daha çox Türkiyədəki sağ partiyaların maraq dairəsində qalıb. Ən vöyük layihəmiz CHP ilə Türk dünyasını yenidən qovuşdurmaqdır. Bu istiqamətdə yaxın vaxtlarda aktiv cəhdlərimiz olacaq.

CHP Atatürkün partiyasıdır. O Atatürk ki, Azərbaycana çox böyük əhəmiyyət verib və ona məhəbbət bəsləyib. Böyük Atatürk “Azərbaycanlıların dərdləri öz dərdimiz və sevincləri öz sevincimiz kimi olduğu üçün onların istəklərinə nail olmaqları, hürr və bağımsız olaraq yaşamaqları bizi həddindən artıq sevindirər" deyib. CHP bu mirası götürüb. Bu, Atatürkün CHP-yə buraxdığı ən önəmli miraslardan biridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
modern.az

10Mənbələr