AZ

“12 bürcü nələr gözləyir?” - Astroloqdan AÇIQLAMA

Yeni həftəmizə Ayın Şir bürcündə olması ilə daxil oluruq.  

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu dövr ərzində sənət və yaradıcılıq işləri diqqətimizi cəlb edəcək.  

Həyatımızı idarə etmək istəyimiz yüksək olacaq. Həftənin əvvəlində Merkurinin Yupiterlə sekstil bucağı işə düşəcək. Təhsil, səyahət, turizm, din, fəlsəfi sahələrdə, daxili və xarici ticarətdə pozitiv enerjilər üstünlük təşkil edəcək.  

Şəxsi təşəbbüslərimiz, çıxışlarımız və razılaşmalarımızla bağlı dəstək alacağıq. 

Dediyimiz hər sözün və ya atdığımız hər addımın müsbət nəticə verəcəyi bir dövrdəyik. Bu günləri müsbət düşüncələrlə dəyərləndirə bilərik. Çeviklik, həzz və müxtəlif insanlarla bir araya gəlmək istəyi artacaq. 

İncəsənət və texnologiyada müsbət irəliləyişlər gözləmək olar. Sənətçilər üçün də uğurlu dövr olacaq. Cümə axşamı Veneranın Neptunla və Günəşin Saturnla sekstil aspektləri işə düşür. Venera-Neptun sekstil bucağı həssaslıq, əməkdaşlıq, sevgi və bədii qabiliyyətləri önə çıxarsa da, xəstəxanalar, xeyriyyə təşkilatları və dərnəklərlə bağlı sahələrdə müsbət irəliləyişlər də ola bilər. 

Bizi öhdəliklərin yerinə yetirildiyi bir dövr gözləyir. 

Oksana 

 
Seçilən
85
11
azxeber.com

10Mənbələr