AZ

İranda prezident seçkisinin nəticəsi təsdiqləndi

İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası prezident seçkilərinin nəticələrini təsdiqləyib.
BUTA.TV İRNA-a istinadən xəbər verir ki, şura nümayəndəsi Hadi Tahan Nazif bildirib ki, prezident seçkilərinin ikinci turunda bülletenlərin yoxlanılması başa çatıb. "Nəticələr təsdiqləndi", - deyə o bildirib. İkinci turda iştirak edənlərdən heç biri şikayət etməyib. Seçkilərin nəticələri təsdiq olunmaq üçün İran İslam Respublikasının rəhbəri Ayətullah Əli Xameneiyə təqdim olunacaq.

Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan türkü, islahatçı Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək, prezident seçilib.

Seçilən
34
13
buta.tv

10Mənbələr