AZ

Naxçıvanda II və III ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi keçirilib

Naxçıvanda Dövlət İmtahan Mərkəzi II və III ixtisas qruplarının ikinci mərhələsi üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 7 binada keçirilən imtahanda, ümumilikdə, 1889 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 25 rəhbər, 188 nəzarətçi ayrılıb.

İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

Seçilən
81
2
apa.az

10Mənbələr