AZ

Bakıda 4 otaqlı mənzildə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Aşıq Alı küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN xəbər verir ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onikimərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 180 kvadratmetr olan dördotaqlı mənzilin bir otağı qismən yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.


BiG.Az
Seçilən
72
11
big.az

10Mənbələr