AZ

864-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 864-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

QAZÌLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 626 təyyarəsi, 277 helikopteri, 27 283 PUA-sı, 539 zenit-raket kompleksi, 16 513 tank və digər zirehli texnikası, 1 365 reaktiv yaylım atəş sistemi, 11 456 artilleriya və minaatanı, 23 378 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Seçilən
110
49
qaziler.az

10Mənbələr