“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun vaxtı açıqlanıb.
Prosport.Az xəbər verir ki, Bakıda oynanılacaq qarşılaşma iyulun 30-da reallaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüş saat 20:00-da start götürəcək.
Ağdam klubu bu mərhələdə “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta