AZ

Müdafiədən hücuma: Orban NATO-nun strategiyasını tənqid edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"NATO-nun siyasəti alyansın əsas dəyərlərinə ziddir".
Bunu Macarıstanın Baş naziri Viktor Orban "Newsweek" üçün məqaləsində yazıb.
O xatırladıb ki, hərbi alyansın fəaliyyəti sülh layihəsi kimi başlayıb.
"Bu gün sülh əvəzinə gündəlikdə müharibəyə can atmaq, müdafiə əvəzinə hücum var. Bütün bunlar NATO-nun fundamental dəyərlərinə ziddir", - deyə o vurğulayıb.
Macar siyasətçinin sözlərinə görə, alyansın vəzifəsi onun sülh yönümünü qoruyub-saxlamaqdır.
O vurğulayıb ki, Macarıstan NATO-nun gələcəyi məsələsində üzv ölkələrin əksəriyyəti ilə razı deyil, çünki bir çoxları alyansın digər geosiyasi qüvvələrlə münaqişəsini qaçılmaz hesab edirlər.
"Qarşıdurmanın qaçılmaz olduğu haqqında fikirlər özünü doğruldan öncəgörmə kimi işləyir. NATO liderləri münaqişənin qaçılmazlığına nə qədər çox inansalar, onun başlanmasında bir o qədər böyük rol oynayacaqlar", - deyə o sözlərini yekunlaşdırıb.
Mənbə: RT
Seçilən
144
50
oxu.az

10Mənbələr