AZ

Köçəryan Azərbaycanla sərhəddə fortifikasiya işləri ilə tanış oldu...-VİDEO

Ermənistan parlamentinın müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan həmkarları ilə Ermənistanın təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edən Tavuş vilayətindəki Əskipara(Voskepar)- Güney(Kirants) sərhəd ərazisinə səfər edib və fortifikasiya işləri ilə tanış olublar.
 
Moderator.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, bu barədə erməni qanunverici orqanının ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.  
“İyulun 5-də Ermənistan Konstitusiyasının qəbul olunduğu gün edilən səfər təsadüfi olmayıb və daha çox sərhəd ərazisini əhatə edib. Artıq demarkasiya olunmuş Voskepar-Kirants hissəsi ilə aydın şəkildə müəyyən edilir ki, Ermənistan və Azərbaycan arasında demarkasiya prosesi start götürüb və danılmaz Ermənistan əraziləri buradan başlayır”, - məlumatda belə deyilir.
 
Xatırladaq ki, sözügedən ərazi Qazax rayonunun 33 ildən çox işğal altında qalmış 4 kəndinin Azərbaycana təhvil verilməsindən sonra başlanmış demarkasiya işlərinin görüldüyü məkandır. Hazırda müvafiq fortifikasoya işləri Azərbaycan tərəfində də aparılır...

 

S.Laçın
 
Seçilən
188
50
moderator.az

10Mənbələr