AZ

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ola bilər, lakin… – Rəcəb Tayyib Ərdoğandan vacib açıqlama

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasına mümkün hesab edir, lakin bunun zaman alacağını bildirib.

O qeyd edib ki, ŞƏT-in üzvləri əsasən türk dövlətləridir və onların gücü daha da artacaq. Prezident vurğulayıb ki, Rusiya bu ölkələrlə əlaqələr qurur.

Dövlət başçısı bildirib ki, Türkiyə ŞƏT çərçivəsində Rusiya və Çinlə əlaqələri daha da inkişaf etdirmək niyyətindədir. O əlavə edib ki, Ankara dialoq tərəfdaşı statusuna sahib olmaq istəyir: “İran nəhayət Şanxay Əməkdaşlıq Təşkilatına üzv oldu. Bundan əlavə, bura Pakistan da daxildir. Hazırda təşkilatın 9 daimi üzvü var. Söz yox ki, Türkiyə bu ölkələrdən biri ola bilər, amma bunun üçün bir qədər vaxt lazım olacaq”, – Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
50
editor.az

10Mənbələr