AZ

Türkiyənin “Erbakır Fen Lisesi”nin nümayəndə heyəti BANM-də olub - FOTOLAR

Türkiyənin “Erbakır Fen Lisesi”nin direktoru Seda Hilal Nişancının rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

"Unikal" xəbər verir ki, qonaqlar Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi ilə tanışlıq məqsədilə Azərbaycana səfər ediblər. Səfər Ali Məktəb ilə Təhsil Kompleksinin birgə əməkdaşlığı çərçivəsində baş tutub. 

Kampusu gəzən qonaqlara burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verilib. 

Görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb. 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
unikal.az

10Mənbələr