AZ

Belarus İranla Aİİ-nin azad ticarət sazişini ratifikasiya edib

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə parlamentinin iyunun sonunda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə İran arasında azad ticarət haqqında sazişin ratifikasiyası haqqında qəbul etdiyi qanunu imzalayıb.

Müvafiq sənəd Belarus Milli Hüquq İnternet Portalında dərc olunub.

Minsk ümid edir ki, 2023-cü il dekabrın 25-də Sankt-Peterburqda imzalanmış sazişin həyata keçirilməsi belarus ixracatçılarına rüsumları ləğv etməklə öz məhsullarının İran bazarına tədarükünü artırmağa imkan verəcək.

2022-ci ildə Belarus və İran arasında ticarət dövriyyəsi təxminən 100 milyon dollar təşkil edib, 2023-cü ildə isə bu rəqəm daha 40% artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
35
banker.az

10Mənbələr