AZ

"Mançester Yunayted" Ceydon Sançodan qurtulmaq niyyətindədir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yuventus" ingilis yarımmüdafiəçi Ceydon Sançonu icarəyə götürə bilər.
Məlumata görə, "Mançester Yunayted"in tələbi Turin klubunu düşünməyə vadar edib.
İngiltərə təmsilçisi 24 yaşlı futbolçunun mütləq alınması şərti ilə icarəyə verilməsinin tərəfdarıdır. Əgər tərəflər ortaq məxrəcə gəlsələr, Sanço növbəti mövsümdə İtaliya A seriyasında oynayacaq. Onun "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin yayında sona çatacaq.
Qeyd edək ki, Ceydon 2023/2024 mövsümünü icarə əsasında Dortmund "Borussiya"sında keçirib. Onun komandası Çempionlar Liqasının finalında "Real Madrid"ə uduzub.
Mənbə: Skysports.com
Seçilən
142
9
oxu.az

10Mənbələr