AZ

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Heydər Əliyev Fondu ilə BMT arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, COP29 çərçivəsində iki qurumun birgə fəaliyyətinə dair layihələr müzakirə edilib.
Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un dünyada ekoloji problemlərin həlli baxımından uğurlu nəticələr verəcəyinə, bu tədbirin bəşəriyyət üçün yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək istiqamətində növbəti addım olacağına əminlik ifadə olunub.
Qonaq daha sonra Heydər Əliyev Mərkəzində nümayiş etdirilən sərgilərlə tanış olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
oxu.az

10Mənbələr