AZ

Mərkəzi Bank bu MMC-yə lisenziya verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Milliön" ödəniş terminallarının və M10 elektron pul qabının sahibi olan “PashaPay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib.

 

Bu barədə AMB məlumat yayıb.

 

Lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

 

Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir.

Tarix: 4 İyul 2024, 15:02   
Seçilən
82
18
pravda.az

10Mənbələr