AZ

DİN: Ötən gün 31 cinayətin üstünün açılması təmin olunub

İyulun 3-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 41, o cümlədən borclu şəxs qismində axtarılan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
38
ikisahil.az

10Mənbələr