AZ

İsrail və HƏMAS çərçivə sazişi bağlamağa hazırlaşırlar

İsrail və radikal Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs əldə etməyə daha yaxın ola bilər. Bu barədə CNN İsrail mənbəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə,. yəhudi dövləti hesab edir ki, HƏMAS-ın son cavabı tərəflərə razılığa gəlmək üçün “ətraflı danışıqlara” başlamağa imkan verəcək. Bununla belə, CNN sövdələşmənin taleyinin hələ həll olunmadığını vurğulayır.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahunun ofisi və Mossad kəşfiyyat xidməti birgə bəyanat yayaraq, İsrail tərəfinin vasitəçilər vasitəsilə HƏMAS nümayəndələrindən girov müqaviləsi ilə bağlı cavab aldığını bildirib.

Mayın 31-də ABŞ prezidenti Co Bayden Qəzzada üç mərhələdən ibarət olan sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlayıb.

Oxuməni.az

Seçilən
132
48
oxumeni.az

10Mənbələr