AZ

Telegram postlara ödənişli reaksiyalar təqdim edəcək

Telegram postlara ödənişli reaksiyalar təqdim edəcək




Telegram-ın mənbə kodunda istifadəçilərə platformanın daxili valyutası Telegram Stars-dan istifadə edərək ödənişli reaksiyalar buraxmağa imkan verən yeni funksiyanın əlamətləri aşkarlanıb. Bu barədə Telegram İnfo kanalı məlumat yayıb.Unikal “ianə” formatı kanal sahiblərinə məzmundan pul qazanmağa və alınan “ulduzları” Toncoin kriptovalyutasına çevirməyə imkan verəcək. Ödənişli reaksiyalar qızıl ulduzla təmsil olunacaq. İstifadəçilər bir və ya yüzlərlə belə reaksiya göndərə biləcəklər. Bundan əlavə, xidmət üç ən aktiv donorun profilini görmək imkanı verəcək.Yeni funksiyanı aktivləşdirmək üçün kanallar müəyyən meyarlara cavab verməlidir ki, bu, artıq məzmun yaradıcıları üçün yenilənmiş istifadə şərtlərində öz əksini tapıb.

Seçilən
164
50
patrul.az

10Mənbələr