AZ

KOB-lar üçün iqlim maliyyələşdirilməsi üzrə seminar keçiriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda elan edilmiş "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) əməkdaşlığı çərçivəsində 9-10 iyul tarixlərində KOB subyektləri üçün "İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə KOB-ların yaşıl iqlim maliyyələşdirilməsi vasitəsilə gücləndirilməsi" mövzusunda seminar keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Qeyd olunub ki, onlayn formatda və ingilis dilində təşkil olunacaq tədbirin məqsədi İƏT-ə üzv ölkələrdə fəaliyyət göstərən mikro, kiçik və orta biznes subyektlərinin iqlim maliyyələşməsində rolunun artırılmasına töhfə vermək, onların bu prosesdə fəal iştirakını təşviq etməkdir.
Seminarda yaşıl iqlim maliyyələşməsi üzrə ekspertlər, İƏT-ə üzv ölkələrin müvafiq qurumlarının nümayəndələri və beynəlxalq təşkilatların mütəxəssisləri məruzəçi qismində çıxış edəcəklər. Tədbirdə KOB-lar üçün yaşıl maliyyələşdirmə mexanizmləri, iqlim maliyyələşdirilməsinin effektivliyi və gələcəyi, yaşıl KOB-lar üçün imkanlar barədə məlumat veriləcək, müvafiq istiqamətdə KOB-ların qarşılaşdıqları çətinliklər, onların yaşıl təcrübələri mənimsəməsi üçün maraqlı tərəflər arasında əməkdaşlıq imkanları müzakirə ediləcək.
Seminarda iştirak etmək istəyən KOB subyektləri aşağıdakı linkdə qeydiyyatdan keçməlidirlər: https://erp.sesric.org/events/2024-Workshop-GreenClimateFinance/Apply
Qeydiyyatdan keçmiş və iştirakı təsdiq edilmiş KOB subyektlərinin e-mail ünvanlarına SESRIC tərəfindən seminara qoşulmaq üçün link göndəriləcək.
KOB subyektlərinin seminarla bağlı əlavə sualı yaranarsa, KOBİA-ya (Rəfi Qurbanov, (+994 12 404 04 01 (daxili 179)) və ya SESRIC-ə (training@sesric.org) müraciət edə bilərlər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
50
oxu.az

10Mənbələr