AZ

Bakıda 4 uşağını ataraq qaçan ana tapılıb — YENİLƏNİB

Bakıda ana 4 uşağını ataraq başqa bir kişi ilə qaçıb.

Demokrat.az bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə açıqlama verib.

Onun sözlərinə görə, uşaqlı  gün öncə 23 cü polis bölməsi tərəfindən aşkar edilib.

Onlar 1 gün tibbi müayinə məqsədi ilə Qarayev xəsyəxanasına yerləşdirilib. Sosial Xidmətlər Agentliyi tərəfindən Azerbaijan Children Union /Azərbaycan Uşaqları İctimai Birliyi nin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.

“Uşaqların təxminən 14,5,4 yaşdır. Ən kiçiyi 5-6 aylıq olar. Böyük qız bildirir ki, anam sevgilisi ilə bizi parkda qoydu və dedi ki, gedirəm kirayə ev tapmağa. O gedən gedib…Polis əməkdaşları aşkarlayıb bölməyə aparıb”.

K.Ağazadə uşaqları tanıyan şəxslərə müraciət edib:  “Tanıyan varsa facebook səhifəmizdə şərhlərə qeyd edin. Böyük qız bildirir ki, balaca olanda Mingəçevirdə yaşamışam. Anasının adı Günay,nənəsinin adı Nəcibədir. Böyük qızın adı Günəş atasının adı Asim olmalıdır. Heç bir sənədləri yoxdur. Ehtimal edilir ki, bir müddət Xırdalanda da qalıblar”.

***
15.29


4 uşağını atıb getmiş ana Mingəçevirdə tapılıb. Uşaqların kimliyi müəyyən olunub.

Demokrat.az bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə açıqlama verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
6
demokrat.az

10Mənbələr