AZ

Bakıda itkin ana axtarılır: "Sevgilisi ilə getdi" - FOTO

Bakıda qadın uşaqlarını parkda qoyaraq sevgilisi ilə qaçıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, qadının ən kiçik övladı 5-6 aylıqdır və üzərlərində heç bir sənəd yoxdur:

"Bu uşaqlar 3 gün öncə 23 cü polis bölməsi tərəfindən aşkarlanıb. 1 gün tibbi müayinə məqsədi ilə Qarayev xəsyəxanasına yerləşdirilib. Sosial Xidmətlər Agentliyi tərəfindən Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Uşaqların təxminən 14,5,4 yaşdır. Ən kiçiyi 5-6 aylıq olar. Böyük qız bildirir ki, anam sevgilisi ilə bizi parkda qoydu və dedi ki, gedirəm kirayə ev tapmağa. O gedən gedib. Polis əməkdaşları aşkarlayıb bölməyə aparıb. Böyük qız bildirir ki, balaca olanda Mingəçevirdə yaşamışam. 

Anasının adı Günay, nənəsinin adı Nəcibədir. Böyük qızın adı Günəş atasının adı Asim olmalıdır. Heç bir sənədləri yoxdur.

Ehtimal edilir ki, bir müddət Xırdalanda da qalıblar",-deyə K.Ağazadə bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
6
cebheinfo.az

10Mənbələr