AZ

Ərsin Tatar sabah Azərbaycana səfər edəcək

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar iyulun 4-ü Bakıya səfər edəcək.

Bu barədə ŞKTC-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Məlumata görə, ŞKTC Prezidenti Azərbaycana iyulun 5-6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti ilə əlaqədar gəlir.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
21
banker.az

10Mənbələr