AZ

Finlandiya prezidenti: "Çin Ukraynadakı münaqişəni bir zənglə həll edə bilər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Çin Ukraynadakı vəziyyəti bir telefon zəngi ilə həll edə bilər".
Bu sözləri Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
"Çin Xalq Respublikasının Sədri Si Cinpinin bir telefon zəngi bu böhranı həll edə bilər", - deyə Stubb bildirib.
Onun fikrincə, Rusiya indi Çindən çox asılıdır. Stubb əlavə edib ki, Pekin Moskvaya sülh danışıqlarına başlamağın vaxtı olduğunu desəydi, Rusiya bunu edəcəkdi.
Finlandiya prezidenti, həmçinin Avropanı Ukraynaya dəstəyini gücləndirməyə çağırıb.
Stubbın sözlərinə görə, Ukraynanın həm maddi yardıma, həm də siyasi dəstəyə, o cümlədən həm Aİ, həm də NATO-ya üzvlük yolunda möhkəmlənməsinə ehtiyacı var:
"İndi Ukraynaya nə qədər çox kömək etsək, müharibəni bir o qədər tez bitirəcəyik".
Mənbə: İnterfax
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
50
oxu.az

10Mənbələr