AZ

ABŞ-dan Türk limanlarına 8 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2024-cü ilin yanvar-may aylarında ABŞ-dan Türk limanlarına 8milyon 372 min 211 ton yük daşınıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-əTürkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumatverilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyəbayrağı altında üzən gəmilər ABŞ-dan limanlara 368 min 873 ton yükdaşıyıb.

“Bu ilin yanvar-may aylarında ABŞ-dan Türkiyəyə digər dövlətlərinbayrağı altında üzən gəmilərlə 8 milyon 3 min 338 ton yük daşınıb”– deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzindəTürkiyəyə ABŞ bayrağı ilə üzən gəmilərlə ABŞ-dan yük çatdırılmaolmayıb.

2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarına ABŞ-dan 145min 279 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin may ayında Türkiyə limanları 34milyon 717 min 959 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxililimanlara yük qəbulu 2 milyon 309 min 446 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərləyük daşınması 32 milyon 408 min 513 ton olub.

Bununla yanaşı, 2024-cü ilin may ayında Türkiyə limanlarından 5milyon 524 min 847 ton tranzit yük daşınıb.

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 171 milyon 891min 161 ton yük qəbul edib.

Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 12 milyon 375 min 982ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isəTürkiyə limanlarına yükdaşımalar 159 milyon 515 min 179 ton təşkiledib.

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanlarından 28 milyon463 min 544 ton tranzit yük daşınıb.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 289 gəmiqəbul edib. Bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 566, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə min 723 olub.

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 23 min 770 gəmiqəbul edib. Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbuledilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 272,Türkiyə bayrağı altında olan gəmilər isə 7 min 498 olub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
38
az.trend.az

10Mənbələr