AZ

Avropa Parlamentində anti-Rusiya sanksiyalarına qarşı yeni fraksiya yaradılır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa Parlamentində (AP) anti-Rusiya sanksiyalarına qarşı çıxacaq yeni bir siyasi qüvvə yaradılır.
Bu barədə son seçkidə quruma daxil olan Macarıstanın sağçı Vətənimiz Partiyasının sədri Laslo Torotskai məlumat verib.
Onun sözlərinə görə, Bolqarıstanın "Dirçəliş" fraksiyası, Almaniyanın Almaniya üçün Alternativ Partiyası (AfD), Macarıstanın Vətənimiz Partiyası və digər Avropa müttəfiqləri razılaşma bağlamaq istəyirlər.
Torotskainin sözlərinə görə, hazırda intensiv danışıqlar aparılır və layihənin hansı sonluqla bitəcəyi tezliklə məlum olacaq.
Macar siyasətçi qeyd edib ki, onun partiyası yeni siyasi düşərgənin yaradılmasının təşəbbüskarlarından biri olub.
"AP-nin indiki rəhbərliyinin siyasəti - o cümlədən anti-Rusiya sanksiyalarına siyasəti Avropa üçün fəlakətli nəticələrə malikdir, biz, əlbəttə ki, bu siyasətə qarşı çıxacağıq", - deyə Torotskai bildirib.
Xatırladaq ki, Macarıstan altı ay müddətinə Avropa İttifaqı Şurasına sədrliyi öz üzərinə götürüb.
Mənbə: News.ru
Seçilən
415
50
oxu.az

10Mənbələr