AZ

FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla 4 nəfər xilas edilib

FHN:

Bakı, 3 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 34 halda yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçiriblər.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub.

Ümumilikdə nazirliyin qüvvələri ötən sutka ərzində biri azyaşlı olmaqla 4 nəfəri xilas edib, 2 nəfərin cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
17
azertag.az

10Mənbələr