AZ

Suraxanıda 35 yaşlı kişi evində döyüldü

Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

OXU24.COM  xəbər verir ki, Hövsan qəsəbəsində tanışı ilə mübahisə zamanı döyülən 1989-cu il təvəllüdlü Yusubov Emil Elmar oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Qeyd edək ki, hadisə E. Yusubovun yaşadığı evdə baş verib.

Hadisənin təfərrüatı araşdırılır.

Seçilən
61
50
oxu24.com

10Mənbələr