AZ

“Ayntraxt” Türkiyə millisinin üzvünü transfer etdi

Türkiyə millisinin üzvü Can Uzun Almaniyada klubunu dəyişib. 

Bizim.Media xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi "Ayntraxt"da oynayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Frankfurt təmsilçisi türkiyəli üçün "Nürnberq"ə 12 milyon avro ödəyib. O, yeni komandası ilə 5 illik müqavilə imzalayıb. Can Bundesliqa 2-də 33 oyunda 16 qol vurub, 2 asist edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
61
2
bizim.media

10Mənbələr