AZ

“Sabah” daha bir legionerlə yollarını ayırdı

“Sabah” FK hücumçu Emmanuel Apehlə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, nigeriyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Masazır təmsilçisi Apehə kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, Emmanuel Apeh 2022-ci ilin yayından "Sabah"da çıxış edirdi. 27 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 75 rəsmi matçda 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
26
bizim.media

10Mənbələr