AZ

Orban Zelenskini atəşkəs haqqında düşünməyə çağırıb- ÖZƏL

Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Vladimir Zelenskini münaqişənin həlli üçün danışıqlardan əvvəl atəşkəs imkanlarını nəzərdən keçirməyə çağırıb.

"Macarıstanın baş naziri Viktor Orban xahiş etdi ki, Zelenski Kiyevə gözlənilməz səfəri zamanı tezliklə atəşkəs əldə olunmasını nəzərdən keçirsin". 

Olaylar.az xəbər verir ki, "Reuters" belə bir mövqenin sülh danışıqlarını sürətləndirəcəyini qeyd edən Macarıstan hökumətinin başçısından sitat gətirib.

Kremlin sözçüsü Dmitri Peskov Macarıstanın baş nazirinin Kiyevə səfərini şərh edib. Rusiya liderinin mətbuat katibinin sözlərinə görə, Rusiya Federasiyasının bununla bağlı heç bir gözləntisi yoxdur. 

Daha əvvəl "The Guardian" qəzeti öz mənbələrinə istinadən xəbər vermişdi ki, Orban digər məsələlərlə yanaşı, Kiyevdə Ukraynadakı macarların hüquqlarını da müzakirə etmək niyyətindədir. Bildirilib ki, səfər planı ölkənin qərbində yaşayan macardilli azlığın hüquqları ilə bağlı uzun sürən danışıqlardan sonra razılaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
77
50
olaylar.az

10Mənbələr