AZ

10-dan çox insanın yaralandığı eskalator qəzasının görüntüləri yayıldı

Türkiyənin İzmir şəhərində metronun eskalatorunda 11 nəfərin yaralandığı qəzanın görüntüləri yayılıb.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, videoda yuxarı doğru hərəkət edən eskalator anidən əks istiqamətdə hərəkətə başlayıb. Nəticəsində eskalatordan istifadə edən insanlar müvazinətini itirərək yıxılıblar. Qeyd edək ki, hadisə Konak rayonunda metronun Üçyol stansiyasında dünən baş verib. Qəza zamanı yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar və tibbi müdaxilələrdən sonra evlərinə buraxılıblar. Fidan Əliyeva Manşet.az  

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
3
manset.az

10Mənbələr