AZ

İyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb

İyulun

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycanda iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 28-33° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 754 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Axşama doğru yağıntı tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 29-34° isti, dağlarda gecə 8-13°, gündüz 13-18° isti olacağı bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
49
azertag.az

10Mənbələr