AZ

DİN: İyulun ilk günü 18 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

İyulun 1-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 17,9 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
6
ikisahil.az

10Mənbələr