AZ

MİQ imtahanından ilk FOTOLAR

İmtahanların ilk gününə texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd dəvət olunub

Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir. İmtahanların ilk gününə texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd dəvət olunub. 

Viral.az xəbər verir ki, test imtahanları 2-10 iyul tarixlərində ölkənin 18 şəhəri olmaqla, ümumilikdə 39 imtahan mərkəzində keçiriləcək. Belə ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 minə yaxın namizəd dəvət olunub. 

Məlumat üçün bildirək ki, test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə – 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək. Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılacaq.

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Seçilən
117
24
viral.az

10Mənbələr