AZ

Rusiyada 8 yaşlı qız orta məktəbi bitirdi - VİDEO

Məşhur vunderkind Alisa Teplyakovanın səkkiz yaşlı bacısı Leya orta təhsil haqqında attestat alıb.

Bizim.Media mk.ru saytına istinadən xəbər verir ki, bu barədə onun atası Yevgeni Teplyakov "YouTube"dakı "Alisa ilə öyrənək" bloqunda bildirib.

Yevgeni məzunlar üçün təşkil edilən bayram konsertində ulduzlarla birlikdə Leyanın skuter sürməsi və rəqs etməsinin, eləcə də uşağa attestatın təqdim edilməsinin görüntülərini dərc edib.

Attestatı qıza 626 nömrəli məktəbin direktor müavini Svetlana Lupanova təqdim edib. 

Qeyd edək ki, Leyanın böyük bacısı Alisa da səkkiz yaşında məktəbi bitirəndən sonra Moskva Dövlət Universitetinə daxil olub. Tezliklə 12 yaşı tamam olacaq Alisa sertifikatlı psixoloq, maliyyəçi, iqtisadçı, riyaziyyatçı və proqramçıdır.
 

Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
4
bizim.media

10Mənbələr