AZ

“İsrail HƏMAS ordusunun məhvini başa çatdırmaq üzrədir” – Netanyahu

İsrail ordusu Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatının hərbi strukturunun ləğvini başa çatdırmaq üzrədir və onun qalıqlarına qarşı zərbələr davam edəcək.
Yeniavaz.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Müdafiə Qüvvələrinin Milli Təhlükəsizlik Kollecinin tələbələri ilə görüşü zamanı deyib.
“Dünən ordunun Qəzza diviziyasına səfərdən qayıtdım, orada Rəfahda gedən döyüşlərdə çox böyük nailiyyətlər gördüm. Hərbçilərlə ünsiyyətdən sonra onların komandirlərinin döyüş ruhu məni heyran edib. Bu təfəkkürlə biz bütün məqsədlərimizə nail olacağıq: girov götürülənləri geri qaytarmaq, HƏMAS-ın hərbi və inzibati imkanlarını aradan qaldırmaq, Qəzzanın İsrail üçün təhlükə yaratmamasını təmin etmək, cənubda və şimaldakı yaşayış məntəqələrimizin sakinlərini təhlükəsiz şəkildə evlərinə geri qaytarmaq”, - baş nazir bildirib.
Öz növbəsində Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, Qəzzada intensiv hərbi əməliyyatlar mərhələsi sona yaxınlaşır, bundan sonra İsrail qoşunları anklavda hərbi əməliyyatların yeni mərhələsinə başlayacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
yeniavaz.com

10Mənbələr