AZ

“Bayden çəkilsə, partiya parçalanacaq” - "Demokratlar Partiyası iflic vəziyyətindədir"

Co Bayden Donald Trampla ilk debatdakı fəlakətli çıxışına baxmayaraq, hazırkı prezidentlik kampaniyasından geri çəkilməyəcək.

“AzPolitika” xəbər verir ki, bunu “The Economist” nəşri yazıb.

Qəzet qeyd edir ki, Baydenin debatdakı çıxışı onun namizədliyini şübhə altına alıb. Lakin sonrakı günlərdə Baydenin seçki komandası hazırkı prezidenti “xilas etməyə” çalışıb və buna müəyyən dərəcədə nail olub.

Qəzet daha sonra yazır ki, Baydenin uğursuzluğu və onun ətrafındakı qeyri-müəyyənlik Demokratlar Partiyasını iflic vəziyyətə gətirib: “Hazırda Demokratlar Partiyası prezidentin yenidən seçilməsi ilə bağlı xərclərin batacağı ehtimalı, xarizmatik vitse-prezidentin olmaması və hər şeydən əvvəl partiya daxilindəki müxalif fikirlərin yalnız Trampın şanslarını artıracağı qorxusu ilə iflic vəziyyətindədir”.

Ağ Evin keçmiş mətbuat katibi Cen Psaki isə hesab edir ki, Demokratlar Partiyasının Milli Qurultayında Co Baydenin prezidentliyə namizəd kimi dəyişdirilməsi partiyadaxili ixtilafı dərinləşdirə, partiyanı parçalaya bilər: “Co Baydenin istefa verəcəyinə ümid edənlər bilməlidirlər ki, bu, elə də asan yol deyil”. Psaki əlavə edib ki, Baydenin dəyişdirilməsi Demokratlar Partiyasında “zəlzələ effekti”verəcək.

CNN isə qeyd edib ki, ABŞ-nin hazırkı prezidenti seçki kampaniyasına başlayarkən demək olar, bütün partiya nümayəndələrinin dəstəyini alıb, ona görə də çətin ki, onun iradəsinə zidd olaraq yarışdan kənarlaşdırılsın. Bu arada Bayden özü etiraf edib ki, o, Donald Trampla debatda yaxşı çıxış etməyib, lakin buna baxmayaraq, prezidentlik yarışından geri çəkilməyi planlaşdırmır...

C.Məmmədov

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
azpolitika.info

10Mənbələr