AZ

“Obama Baydenin qalib gələcəyinə inanmır” – Taker Karlson


ABŞ-nin keçmiş prezidenti Barak Obama şəxsi söhbətlərində hazırk Prezident Co Baydenin seçkilərdə qalib gəlmək şansının olmadığını deyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Şəxsi söhbətlərində Obama insanlara Baydenin qalib gələ bilməyəcəyini deyir”, – jurnalist qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Baydenin həyat yoldaşı Cill Bayden bildirib ki, Amerika lideri keçmiş prezident Donald Trampla debatda məğlub olmasına baxmayaraq, ABŞ prezidentliyi yarışında iştirakını davam etdirəcək. Onun fikrincə, Bayden həmişə ölkə üçün ən yaxşısını edəcək.
“Biz mübarizəmizə davam edəcəyik”, - deyə Cill Bayden qeyd edib.
Həmçinin, Amerika liderinin həyat yoldaşı Baydenin ən yaxın dəstəkçisi olaraq qalacağını bildirib.
Xatırladaq ki, bundan əvvəl qohumları Baydenin teledebatdakı uğursuzluğunda onun köməkçilərini ittiham etmişdilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
47
yeniavaz.com

10Mənbələr