AZ

Azərbaycanlı avarçəkənlər "Vyana Reqatası"nda 5 medal qazanıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan avarçəkənləri Avstriyanın paytaxtı Vyanada təşkil olunan ənənəvi beynəlxalq "Vyana Reqatası"nda 5 medal qazanıb.
Oxu.Az xəbər verir ki, sayca 120-ci dəfə təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb.
Böyüklər arasında akademik avarçəkmə üzrə yığma komandamızın lideri Bəhmən Nəsiri 2 000 metr məsafəyə yarışda A finalında qızıl medala sahib olub. Murad Sadıxov 3-cü yer tutub. Eyni məsafədə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə A finalında finişi ikinci yerdə keçib.
Gənclər arasında Nurlan Paşayev 2 000 metr məsafədə A finalında birinci olub.
Qeyd edək ki, yeniyetmələr arasında birnəfərlik qayıqda 1 500 metr məsafəyə yürüşlərdə Azər İlyasov A finalında bürünc medal qazanıb.
Seçilən
120
31
oxu.az

10Mənbələr