AZ

Tovuzda dörd gün əvvəl döyülən kişi xəstəxanada ölüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tovuzda 66 yaşlı kişi döyülüb.
APA-nın məlumatına görə, hadisə iyunun 28-də rayonun Yuxarı Öysüzlü kəndi ərazisində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Novruz Hacıyev heyvanları örüşdən qaytararkən qəbiristanlıq ərazisində kənd sakinlərindən biri ilə aralarında yaranan mübahisə nəticəsində döyülüb.
Müxtəlif bədən xəsarətləri alan Novruz Hacıyev xəstəxanaya yerləşdirilib.
66 yaşlı kişi bu gün xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
50
oxu.az

10Mənbələr