AZ

Azərbaycanda sərnişin avtobuslarına rəng tələbi ilə bağlı qayda qüvvəyə mindi

Azərbaycanda müntəzəm sərnişindaşımalarla məşğul olan avtobuslara rəng tələbi qüvvəyə minib.

 

Bu, Nazirlər kabinetinin martın 28-də təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.

 

Qərara əsasən, Azərbaycanda müntəzəm şəhərlərarası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası və şəhərdaxili sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.

Tarix: 1 İyul 2024, 02:02   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
17
pravda.az

10Mənbələr