AZ

Mərdəkanda iki avtomobil toqquşdu, azyaşlı xəsarət aldı

Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, Mərdəkan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 2021-ci il təvəllüdlü M.İ xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır. (Report)

 

Seçilən
73
50
konkret.az

10Mənbələr