AZ

Pezeşkian Cəlili ilə debata çıxır

İran prezidentliyinə namizədlər Məsud Pezeşkian və Səid Cəlili iyulun 5-də keçiriləcək ikinci turdan əvvəl bazar ertəsi və çərşənbə axşamı iki teledebatda iştirak edəcəklər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İranın Milli Televiziyası məlumat yayıb.

İlk debat bazar ertəsi saat 21:30-da, ikinci debat çərşənbə axşamı saat 21:30-da olacaq.

Qeyd edək ki, 28 iyunda keçirilən birinci turda azərbaycanlı Məsud Pezeşkian ən çox (10,4 milyon) səs toplayıb. Onun ən yaxın rəqibi Səid Cəlili isə 9,4 milyon səslə ikinci olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
41
milli.az

10Mənbələr