AZ

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikası Prezidenti­nin 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məcli­sinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilmişdir.

Seçkilərin keçirilməsi ilə bağlı Azər­baycan Respublikasının seçki qanunveri­ciliyində nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin müəyyən edilmiş qaydada və müddətdə seçki subyektləri tərəfindən ardıcıl və keyfiyyətlə icra olunması, onla­ra metodiki yardım göstərilməsi və seçki prosesindəki fəaliyyətlərinin səmərəlili­yinin artırılması məqsədilə əsas hərəkət və tədbirlərin yerinə yetirilmə ardıcıllığını, müddətlərini və subyektlərin əhatə dairə­sini müəyyən edən Təqvim planının təs­diq edilməsi zəruridir. 

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azər­baycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qəra­ra alır: 

1. “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin ha­zırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı” təsdiq edilsin. 

2. Təqvim planı dərc edilsin. 

3. Bu Qərar dərc edildiyi gündən qü­vvəyə minir.

 

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
8
xalqqazeti.az

10Mənbələr