AZ

Parlament seçkisinin nəticələrinin yoxlanılması nə zaman başa çatacaq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Növbədənkənar parlament seçkisi nəticələrinin yoxlanılması və yekun vurulması prosesinin nə zaman başa çatacağı məlum olub.
Oxu.Az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.
Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə günündən ən geci 20 gün sonra Milli Məclisə seçkinin nəticələrinin yoxlanılması və yekun vurulması təmin edilməlidir.
Növbədənkənar parlament seçkisi ilə əlaqədar bu müddət sentyabrın 22-dək olan dövrü əhatə edir.
Seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində Mərkəzi Seçki Komissiyası seçkinin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkinin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.
Könül Cəfərli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
4
oxu.az

10Mənbələr