AZ

Rusiya elitası Putinin tərəfinə keçir: Rusiya prezidentini dəstəkləmənin ən mühüm SƏBƏBİ

 

“Müharibənin əvvəlində ölkəni tərk edən, ölkədə yaşamı təhlükəli hesab edən, özünə sığınacaq axtaran və müharibəni tənqid edən bütün elita zənginləri getdikcə geri addım atırlar. Mixail Fridman Londondan Moskvaya geri döndü, o hətta İsraildə olan qohumluq əlaqələrindən istifadə edərək, Avropa İttifaqının (Aİ) sanksiya siyahısından həm özünü, həm də “Alfabank”ını çıxarda bildi”.

Yenicag.az xəbər verir ki, bu barədə rusiyalı müxalif araşdırmaçı, jurnalist Mixail Zıqarın “Putin və Rusiya elitası” adlı sərlövhəli məqaləsində qeyd olunub.

Jurnalist yazır ki, eyni zamanda, elita getdikcə etirazların nəticə vermədiyinə inanır və hesab edirlər ki, Rusiya nə olursa-olsun qalib gəlməlidir.

“Gün keçdikcə onların buna inamları artır, çünki əgər əksi baş verərsə, onların hər biri uduzacaq. Onların fərqli cavabları var. Bəziləri hesab edir ki, döyüş meydanında böyük qələbə Putinə qismən qələbə qazanmağa və buna görə də qarşıdurmanı dayandırmağa imkan verəcək. Digərləri isə hesab edir ki, Putin Kiyevə çatana qədər dayanmayacaq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bəziləri əmindir ki, Putin üçün əsl əhəmiyyət kəsb edən Ukraynada qələbə deyil, Qərblə qarşıdurmadır və buna görə də hazırkı münaqişədə nə baş verməsindən asılı olmayaraq, o, Avropanın başqa bir dövlətinə hücum edəcək.

“Ancaq bəzi pessimistlər sualın tərtibinin özünün düzgün olmadığını iddia edirlər. Onların fikrincə, münaqişə Putinin siyasi maraqlarına uyğundur, ona görə də o, sağ qaldıqca, mübarizəni davam etdirəcək.

Rusiya elitasının Putinin tərəfinə keçməsinin bir neçə səbəbi var. Biri odur ki, Moskva müxalifləri sıxışdırdıqca, onlar daha ehtiyatlı olublar. Bununla bağlı başqa bir şey də odur ki, onlar etirazların mənasızlığını başa düşürlər. Amma onların dəyişməsinin bəlkə də ən mühüm səbəbi odur ki, onlar münaqişəyə kökündən fərqli prizmadan baxmağa başladılar”, – deyə araşdırmaçı vurğulayıb.

Məqalədə həmçinin o da qeyd olunur ki, bu gün onlar Rusiyanın üstünlüyünün olduğuna inanırlar:

“Moskva, sonda, döyüş meydanında ləng də olsa, stabil uğurlar əldə edir. Ukrayna böyük bir artilleriya mərmisi çatışmazlığı ilə döyülür və üstələnir. Qərbin Kiyevə dəstəyi zəifləyir və Ukraynanın hərbi təchizatlara çıxışını təhdid edir.

Həmsöhbət olduğum və adının çəkilməsini istəməyən bir oliqarx mənə dedi ki, biz bu qarşıdurmada qalib gəlməliyik. O, söylədi ki, əks halda, onları yaşamağa qoymazlar və nəticədə, təbii ki, Rusiya dağılacaq. O qeyd edib ki, Rusiyada Putinə inam indi daha çoxdur, Qərbə nifrət daha güclüdür və “hər şey cəbhə üçün, hər şey qələbə üçün” prinsipi hakimdir”, – deyə jurnalist bildirib.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
50
yenicag.az

10Mənbələr