AZ

Ən bahalı "Bugatti Veyron" satışa çıxarıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mechatronik" saytında "Bugatti Veyron Grand Sport Vitesse"nin unikal nüsxəsi satışa çıxarılıb.
Onun kuzovu 20 tondan çox çəkisi olan bütöv bir alüminium parçasından hazırlanıb. Avtomobilin qiyməti göstərilmir, lakin təsvirdə deyilir ki, bu, "Veyron" modelinin tarixində ən mürəkkəb və ən bahalı nümunəsidir.
Avtomobil 2015-ci ildə istehsal edilib və müştərinin fərdi sifarişinə əsasən onun kuzovu qaynaqdan istifadə edilmədən bütöv bir alüminium parçasından hazırlanıb. Bildirilir ki, avtomobilinin qiyməti barədə yalnız maraqlanan müştərilər əlaqə saxladıqları təqdirdə məlumat veriləcək.
Avtomobil 1000 at gücü hasil edən dörd turbinli səkkiz litrlik mühərrikə malikdir. O 100 km/saat həddinə 2,6 saniyəyə sürətlənir, maksimal sürəti isə 375 km/saatla məhdudlaşır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
26
oxu.az

10Mənbələr